Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

HEYDƏR ƏLİYEV

Əziz oxucular!

            Bakı Dövlət Universitetinin Elektron Kitabxanasına xoş gəlmisiniz.

            Elektron kitabxana Bakı Dövlət Universitetinin "Kitabxanaların kompüterləşdirilməsi" Elmi Tədqiqat Labarotoriyasının əməkdaşları tərəfindən yaradılmışdır.

           Elektron kitabxana informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edəcək. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, BDU-nun Elmi  kitabxanasına alternativ bir qurum deyil, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyacaq. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı  müddətində və məhdud sayda oxuculara  göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edəcək.

  Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr  toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara  BDU-nun elmi kitabxana tərəfindən lisenziya-«istifadə hüququ» əldə edilmiş tammətnli məlumat bazaları, həmçinin kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən  «istifadə üçün açıq» olan İnternet ehtiyatları aiddir.

  Elektron kitabxananın informasiya ehtiyatları ilə komplektləşməsi əsasən oxucu sorğusu əsasında həyata keçiriləcək. Buna görə də oxuculardan xahiş olunur ki, ödənilməyən informasiya tələbatları haqda məlumat  versinlər. Bizimlə əlaqə :azad_kurbanov@mail.ru

QEYD: djvu tipli sənədləri oxumaq üçün  Djvu -plaqinini yükləmək lazımdır: DJVUCNTL_61_EN